Yay fəsli giləmeyvə sezonudur, lakin dadlı olsa da, bu qida insana mədə yanğısı, köp kimi narahatlıqlar verə bilər.
Foodinfo.az xəbər verir ki qastroenteroloq Olqa Pomoynetskaya belə problemlərin olmaması üçün beş sadə qaydanı açıqlayıb.
1. Giləmeyvəni kiçik porslarla yeyin. Bu, orqanik turşuların konsentrasiyasını azaltmağa kömək edəcək.
2. Giləmeyvəni smuzilərə əlavə edin. Bununla orqanik turşular digər maddələrlə qarşacaq onların konsentrasiyası aşağı olacaq.
3. Qastrit və ya pankreatit kimi mədə-bağırsaq xəstəliklərdən əziyyət çəkirsinizsə, termik emal olunmuş meyvələrə (məsələn, bişmiş) üstünlük vermək tövsiyə olunur.
4. Giləmeyvəni yeməkdən dərhal sonra desert kimi və ya uzağı 30-40 dəqiqə sonra yemək yaxşıdır. Bunun ayrı bir qəlyanaltı deyil, əsas yeməyin bir hissəsi olduğunu xatırlamaq lazımdır. Detoks proqramında deyilsinizsə, yeməklər zülalla başlamalıdır.
5. Giləmeyvələri jelatinli desertlər formasında yeyin. Giləmeyvəli jele əla seçimdir, çünki turşunun təsiri jelatin zülalı ilə azalır.