Araşdırmalara görə, yerkökü və qaragilə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.

Foodinfo.az bildirir ki, oftalmoloq Vyaçeslav Kurenkovun fikrincə, heç bir məhsul görmə kəskinliyinə təsir edə bilməz.

Onun sözlərinə görə, insan orqanizmi qidaları yalnız müəyyən miqdarda qəbul edə bilir:

"Buna görə də, bir kiloqram kök yesəniz belə, bu, bir kiloqram kökün həzm olunacağı anlamına gəlmir. Ancaq görmə problemləri ilə qarşılaşmamaq üçün mütəmadi olaraq oftalmoloqa müaricət etmək lazımdır.

Görmə qabiliyyəti yaxşı olan insanlar üçün ildə bir dəfə mütəxəssis müayinəsindən keçmək kifayətdir".