Dırnaq qırılması və ya soyulması çox insanın yaşadığı ortaq problemdir. Ancaq evdə çox asanlıqla bu problemdən xilas ola bilərsiniz. Zəif və kövrək dırnaqların səbəbi yaş, ətraf mühit, xəstəlik kimi müxtəlif amillərdir. Əgər dırnaqlarınız həssasdırsa, bu qarışıqdan tətbiq edin.  Lazım olan məhsullar: 5 damcı soyuq su Yarım çay qaşığı nəmləndirici krem 1 çay qaşığı pul bibər Hazırlanmasına gəldikdə ilk olaraq su ilə pul bibəri qarışdırıb daha sonra krem əlavə edin. Homogen qarışıq əldə etdikdən sonra dırnaqlarınızın iç hissəsinə sürtün və 10 dəqiqə gözləyin. Daha sonra yuyun. Bu qarışığı gündə bir dəfə tətbiq edin. (Metbuat.az)