Limfa sistemi damarlar qədər vacib sistemdir və bütün bədən boyu var. İnfeksiya, virus, bakteriyaları limfalar tutub saxlayır. Hazırda limfa sistemi normal çalışan nəinki böyük, heç uşaq da yoxdur.
Lİmfaların yaxşı işləməsini bu sadə üsul təyin edir: nə qədər insan çox tərləyirsə, deməli limfa sistemi yaxşı işləyir. Ona görə virus xəstəliklərində tərləmək, eləcə də hamama, saunaya gedib tərləmək sağlamlığa faydalıdır.
Foodinfo.az Medicina.az-a istinadən adi alma ilə limfaları təmizləyəcək xalq metodunu təqdim edir:
Mütləq orqanik yetişdirilmiş, təbii bağ alması seçməlisiz ki, tərkibində zərərli maddələr olmasın. Alma sortu antonovka və ya Simerenko olsa əla olar.
3 kq almanı yuyub, qazana yığır, üzərini örtəcək qədər adi su alırsız. 2-3 saat kənarda saxlayırsız.
Almalar suda yumşalacaq. Onları ətçəkəndən keçirirsiz.
İslandığı su ilə qatırsız, duru pure alınacaq.
Bu qarışımı səhər, günorta, axşam yemək zamanı yeyirsiz. 3 gün ərzində yalnız bunu yeyirsiz. Alma püresindən başqa bir şey yeməməlisiz.
Bu ərəfədə bütünlüklə mədə-bağırsaqlar təmizlənir, limfalarda olan bütün kir, toksinlər çıxır.
Həmin günlər bol bol su içirsiz.
3 gün sonra normal qidalanmaya qayıdın
Ayda 1 dəfə bu metodu edə bilərsiz, çox olmaz.