Kahı çox faydalı bir bitkidir. Onu demək olar ki, Respublikamızın bütün regionlarında asanlıqla becərmək mümkündür.
Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. Kahının tərkibibində zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.
Kahını çalışın gündə bir dəfə yeyin və bunu axşam yesəniz yaxşı yatacaqsınız. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Kahı hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır. Kahı yeni qan yaradır, çünki tərkibində K vitamini vardır. Bundan başqa kahıda zəngin A vitamini də vardır ki, istifadə edənlərin dəriləri parlaq olur, dəriyə cavanlaşdırıcı bir effekt verir, gözləri işıqlandırır. Kahıdan hamiləlikdə də istifadə edə bilərsiniz. Kahı zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.
Kahını müxtəlif salatlara qarışdırıb üstünə zeytun yağı əlavə edib yeyə bilərsiniz, məsələn pomidor, xiyar, keşniş, pendir, kahı, şüyüd və zeytun yağı hamısını bir-birinə qarışdırıb salat hazırlaya bilərsiniz.
Kahıda zəngin C vitamini də vardır ki, C vitamini bizim ən çox vitaminə ehtiyacımız olan bir vitamindir, kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa-3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.
Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır.
Hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər. (Faktxeber.com)