Bal və sarımsaq ayrı-ayrılıqda şəfalı məhsullar sayılır, ancaq bu məhsullar ikisi birlikdə də bir çox dərdə dəva olur.
Bu barədə Foodinfo.az “CNNTürk”ə istinadən xəbər verir.
Bu məhsulların birgə istifadəsi üçün formulu təqdim edirik:
“Bir su stəkanı bal və 10 diş sarımsaq lazımdır. Sarımsaqları xırda-xırda doğrayırıq. Şüşə qabın içinə qoyuruq. Daha sonra üzərinə bal tökərək qarışdırırıq. Bu qarışıqdan yeddi gün ərzində hər səhər bir çay qaşığı ilıq su ilə qarışdırmaqla istifadə etmək lazımdır. 1,5 həftə ara verdikdən sonra yenidən yeddi gün ərzində bu prosesi təkrarlamaq lazımdır.
Hər iki məhsul qanda tromblaşmanın qarşısını alır. Tərkibindəki maddələr qan dövranını tənzimləyir və bu sayədə bir çox ürək xəstəliklərinin yaranması ehtimalı azalır. Həmçinin zərərli xolesterolun qarşısını alır. Bu qarışım həmçinin uzunmüddətli öskürək zamanı da şəfalı təsirə malikdir.
Nurlan