Bir çox dietoloqlar arıqlamaq istətyənlərə çoxlu miqdarda su qəbul etməyi məsləhət bilirlər. Artıq çəki ilə mübarizə aparan zaman dieta ilə bərabər çoxlu miqdar su içmək şərtdirmi? Aşağıdakı qaydalara əməl eləməklə siz su qəbul edə bilərsiniz. 1. Hər hansı qidanı qəbul etməzdən əvvəl 1 stəkan su için. Əgər çox qida qəbul edəcək qədər acmısınızsa o zaman 2-3 stəkan su için. 2. Yemək yedikdən 2 saat sonra yenidən həmin miqdarda su qəbul edin. 3. Dieta saxlamadığınız zamanlarda sulu qidalardan istifadə edin. Əgər spirtli içki içəcəksinizsə, o zaman qəbul elədiyiniz hər 100 qram spirtli içkini, 200 qram su ilə kompensasiya edin. 4. İçdiyiniz suyun qazsız olmasına diqqət yetirin. Suyun içərisinə limon dilimi salmaq dietanın daha effektli olmasına səbəb olur. 5. Gün ərzində 2 litrdən az olmayaraq maye için. Maye dedikdə şirələr, çay, bulyon və kofe nəzərdə tutulmur. Lakin, qəbul edilən suyun miqdarının 2 litrdən çox olmaması lazımdır. Belə ki, gün ərzində 4-6 litr su qəbul etmək sidik sistemi orqanlarında ciddi patologiyalara səbəb ola bilir. 6. İçdiyiniz suyun yemək yeyərkən qəbul edilməsi düzgün hesab edilmir. 7. Arıqlama prosesinizi sürətləndirmək ityirsinizsə o zaman su içməyinizi fasilə vermədən davam edin.
Dietanın əsasını niyə su təşkil edir? Su içmək aclıq hissinin azalmasına səbəb olur. Buna səbəb mədənin hüdudlarının su ilə dolmasıdır. Su içmək maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmdən toksinlərin xaric olunmasına səbəb olur. Su içməyə vərdiş eləmək kalorili içkilər qəbul etməyə olan həvəsi aradan qaldırır.
Aşağıdakılar zamanı dieta saxlamaq olmaz: * ürək-damar xəstəlikləri * sidik ifrazı sisteminin xəstəlikləri * yüksək təzyiq Dieta saxlayan zaman su içmək ən yaxşı vasitə hesab edilir. Su qidalanmanı düzgün kombinə edir və sürətlə arıqlamaq səbəb olur. (immunitet.az)