Türkiyəli ekspertlər sahurda istifadə edə biləcəyimiz və gün ərzində bizi tox saxlayacaq məhsulları açıqlayıblar.
Bu barədə Foodinfo.az Türkiyənin “Avaztürk” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, tox saxlayan qidalar dedikdə ilk növbədə tərkibində E vitamini və Omeqa-3 turşusu olan məhsullar nəzərdə tutulur.
Qoz-fındıq və bu qəbildən olan məhsullar toxluq hissini artırır. Gün ərzində meydana gələn baş ağrısı və həzm problemlərini aradan qaldırır.
Sahurda və ya iftarda istifadə ediləcək mərcimək şorbası gün ərzində toxluq hissi yaradacaq. Bu qida orqanizmin maye ehtiyacını təmin edir və bol miqdarda protein təmin edir.
Dondurmanın bu siyahıda olması bir qədər təəccüb doğura bilər. Ancaq bu qida məhsulu da insanı tox saxlamağa kömək edir. Dondurma yemək mədə turşusunun qorunmasını təmin edir.
Qara zeytun orqanizmdə aclıq hissini aradan qaldıraraq toxluğu ön plana çıxaran hormonun artımını təmin edir.
Fərid