Rozmarin (bibəriyyə, ətotu) nanə ailəsinin ən ətirli üzvlərindən biridir. Onun qoxusu yaddaşı yaxşılaşdırır. Alimlər təsdiq edirlər ki, rozmarin qocalıq demensiyası və Altsheymer xəstəliyi ilə mübarizədə unikal müalicəvi xüsusiyyətlərə malikdir.

Foodinfo.az xəbər verir ki, rozmarin təkcə həzm sisteminin fəaliyyətinə deyil, həm də beyinə və görmə qabiliyyətinə müsbət təsir göstərən maddələrlə zəngindir. Bu bitkini qoxlamaqla beynin idrak funksiyasını yaxşılaşdırmaq, xüsusən də yaddaşı bərpa etmək arasında əlaqə müəyyən edilib.

Rozmarin yağı aromatik lampalar üçün istifadə edilə bilər və ya şüşədən birbaşa qoxlana bilər. 

Rozmarinin faydaları

1. Yaddaşa avabdeh olan beyin hüceyrələrini mükəmməl şəkildə stimullaşdırır.

2. Rozmarin ətri həmişə alimlər, məmurlar və tələbələr tərəfindən sevilib, çünki o, təkcə rəqəmləri və adları deyil, həm də xarici sözləri yadda saxlamağa kömək edir.

3. Tonik aromalar sinfinə aiddir və afrodizyakdır.

4. Orqanizmin immun fəaliyyətinin güclü stimulyatorudur.

5. Həzm sistemi orqanlarının fəaliyyətinə faydalı təsir göstərir, yalnız iltihablı proseslərlə mübarizə aparmır, həm də ödqovucu agent kimi təsir göstərir.

6. Tənəffüs yolları ilə bağlı problemlər zamanı istifadə olunur, yumşaldıcı təsir göstərir və öskürəyi aradan qaldırır.

7. Qan dövranı sisteminin və ürək əzələsinin işini tənzimləyir, həmçinin qan təzyiqini normallaşdırır. Rozmarin qanda "pis" xolesterinin səviyyəsini azaldır və anti-sklerotik təsir göstərir.

8. Təbii analgetik kimi təsir göstərir. Stresli vəziyyətlə əlaqəli yaranan baş ağrılarını aradan qaldırmaq üçün onu alına, gicgahlara və boyuna sürtmək tövsiyə olunur. Masaj məhsullarının tərkibində əvəzolunmazdır.

Nurlan