Yerkökü, manqo, alma kimi məhsulları qabıqla yemək faydalıdır, çünki onların qabığında vitaminlər var.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq İrina Mansurova danışıb.
O, kök qabığının tərkibində A vitamini və kalium duzlarının olduğunu bildirib.
Xiyar və badımcanın qabığı da faydalı maddələrlə zəngindir. Xiyarda kalium, lif və beta-karotin, badımcanda isə maqnezium, lif və flavonoidlər var.
Bundan başqa, almanı da qabıqla yemək faydalıdır, çünki tərkibində A və C vitaminləri var. Lakin mədə xorasından əziyyət çəkənlərə almanı qabıqsız yemək daha məsləhətdir.
Üzüm, pomidor, limon və hətta narı da qabıqla yeyə bilərsiniz.
Həkim qabıqla yeyilməməli olan tərəvəzləri də qeyd edib. Bura yaşılımtıl qabıqlı kartof aiddir, çünki belə qabıqda baş ağrısı, ürəkbulanma, qusma, mədə spazmları, huşunu itirmə və hətta ölümə səbəb ola biləcək solanin maddəsi var.
Manqo qabığında isə çoxlu karotinoidlər, polifenollar, lif və vitaminlər var. Lakin bu qabığın tərkibində pestisid qalıqları ola bilər, çox da dadlı deyil və xoşagəlməz quruluşa malikdir. Həmçinin, tərkibində uruşiol adlı toksik maddə olduğu üçün manqo allergiyaya səbəb ola bilər.