Maddələr mübadiləsini cavanlaşdıran qidaların tərkibində kollagen var. Dəri, saç və dırnaq sağlamlığını qoruyan qidaları nizamlı qəbul etdikdə fərqi müşahidə edəcəksiniz.
Dəri, saç və dırnaq sağlamlığı üçün çox vacib olan kollagen çatışmazlığı dərhal fərq edilir. Kollagen saçların güclü və sağlam uzanmasına kömək edir. Saç köklərini qidalandırır və tökülməsini dayandırır. Dərini bərpa edir və dəri bariyerini gücləndirir. Dərinin erkən yaşlarda qırışmasının və sallanmasının qarşısını alır.
Müntəzəm olaraq kollageni artıran qidaları istehlak etdikdə dərini daxildın qidalandıracaq və dəriniz daha davamlı olacaq. Bəzi qidalar tərkibindəki vitaminlər və minerallar sayəsində kollagen istehsalını artırmağa kömək edir.
Bədəndəki dəri, dırnaq, saç, qığırdaq və əzələ toxumalarına lazım olan kollageni təbii yollarla qidalardan əldə etmək mümkündür.
Foodinfo.az tərkibində çoxlu kollagen olan qidaları təqdim edir:
1 - Ət, balıq, toyuq
2 - Yumurta
3 - Tərəvəzlər
4 - Sarı, narıncı, rəngli meyvə və tərəvəzlər
5 - Kükürd tərkilbi qidalar
6 - Qırmızı meyvələr
7 - Quru meyvələr
8 - Süd məhsulları
Sümük suyu istehlakı bədəndə kollagenin miqdarını artırır.
Günəş kremindən istifadə bədəndəki kollageni qorumağa kömək edir.
Dərinin strukturunda olan hialuron turşusu kollagenin istehsalında mühüm rol oynayır.
Vitamin C dəridə kollagenin istehsalı üçün istifadə edilə bilər.
Gündəlik maye miqdarı qarşılandıqda bədəndəki kollagen qorunur.