Çətənə yağı diabet, yayılmış skleroz, ateroskleroz, astma, epilepsiya, psoriaz və bir çox xərçəng növlərinin müalicəsində tətbiq edilə bilər.
Mühəndis-mexanik və həvəskar həkim olan Rik Simpsonda 2002-ci ildə dəri xərçəngi aşkarlanıb. O özünü çətənə yağı ilə müalicə etmək qərarına gəlib. Hazırda o, dünyada bu yağın istifadəsinin leqallaşmasını tələb edən fəallardan biri kimi tanınır. Simpson bu yağ vasitəsilə 5000 insanı ölümcül xəstəlikdən sağaldıb
Foodinfo.az-ın xəbərinə görə, Rik Simpson Belqradda konfranslardan birində iştirakı zaman bu yağın tətbiq sahələrindən danışıb.
Rik öz tarixçəsi haqda bir dərgiyə verdiyi müsahibədə bildirib: "Mən hamıya deyirəm ki, dünyada mövcud olan kannabis (çətənə) sizi sağaldacaq ən yaxşı dərmandır.
2002-ci ildə mənim üz nahiyəmdə olan 3 ədəd xərçəng əməliyyatla kənarlaşdırıldıqdan sonra yenidən meydana çıxdıqda həkimlər məni ümidsiz halda evə yazdılar. Mən bitkiləri uzun illər boyunca araşdırmışam. Bir dəfə güzgüdə öz yaralarıma baxarkən kannabisin xərçəngi sağalda biləcəyi haqda oxuduğum məqaləni xatırladım.
Mən daha əvvəllər hazırladığım kannabis yağını düz yaraların üzərinə tökdüm. Əvvəlcə heç bir nəticə olmadı. Daha sonra yaraları yağ ilə kompress edərək bir neçə gün də gözlədim. 4 gündən sonra sarğını açarkən gözlərimə inanmadım. Yaralar yox idi, dəri isə tamamilə bərpa olunmuşdu”.
Rik o gündən sonra minlərlə insanı bu üsulla müalicə edib. Ən sonuncu uğura isə ağciyər xəstəliyindən əziyyət çəkən 80 yaşlı kişini sağaltmaqla atıb.
"Həmin insan kimyaterapiyanın təsirindən şişmişdi, ayaqlarında yaralar yaranmışdı və güclə nəfəs alırdı. Həkimlər onun cəmi 48 saatının qaldığını bildirdikdən sonra oğlu mənim yanıma gəldi”, - deyə o bildirib.
Pasiyentin həkimi onu kannabis yağı ilə müalicə etməkdən imtina edib. Lakin oğlu yağı atasına içirdib.
Xəstə 30 dəqiqədən sonra normal nəfəs almağa başlayıb.
Oğlu həkimlərin yazdığı müalicəni yarımçıq qoyaraq atasını xəstəxanadan çıxardıb.
Rik deyir ki, 6 həftədən sonra həmin insanın artıq kannabis yağı və insulin qəbul etməsinə ehtiyac qalmamışdı. "Artıq 3 aydan sonra yaşlı insan xərçəngdən tamamilə sağaldı”, - deyə Simpson bildirib.
O həm də bildirir ki, çətənə yağı cinsiyyətindən və yaşından asılı olmayaraq hamıda eyni cür effekt verir