Bir çox insanlar pəhrizlərini pozub çox yedikləri zaman növbəti gün detoks etməklə vəziyyəti "əvəzini çıxırlar". Bir tərəfdən, bu, həqiqətən də, həzmi yaxşılaşdırmağa kömək edəcək, lakin bu üsulun mənfi tərəfləti də var. 

Foodinfo.az xəbər veri rki, diyetoloq Marina Melnikova belə detoksların müsbət və mənfi tərəfləri barədə danışıb.

Detoksun faydaları

Ziyafətdən sonra detoksifikasiya həzmi yaxşılaşdırır və enerjini artırı. Bol su içmək isə bədəndən toksinləri çıxarmağa kömək edir.

Detoks proqramları adətəm həzmsizlik və yorğunluğa səbəb olan şəkər və ağ çörək kimi zərərli qidalardan imtina etməyi nəzərdə tutur. Təzə meyvə və tərəvəz isə həzm sistemində tarazlığı bərpa etməyə və bununla onun ümumi olaraq daha yaxşı işləməsinə kömək edə bilər.

Yeməkdən sonra detoksifikasiyanın digər faydası yuxu keyfiyyətini yaxşılaşdırmasıdır. Yatmazdan öncə "fast food" və ya qəlyanaltılar yuxuya getmənin çətinləşməsinə, həmçinin həzmsizlik və ya ağır yeməklərdən yaranan narahatlıq səbəbindən tez-tez oyanmalara səbəb ola bilər. Lakin bol təzə məhsuldan hazırlanan yüngül yeməklər gecələr daha yaxşı yatmağa kömək edir.

Detoksun mənfi cəhətləri

Ağır yeməklərdən sonra detoksifikasiya tez-tez və ya çox uzun müddət edilərsə, qeyri-sağlam yemək vərdişlərinə səbəb ola bilər. Bundan əlavə, həddən artıq məhdudlaşdırıcı pəhrizlər və ya təmizləmələr bədəninizi zülal və karbohidratlar kimi əsas qidalardan məhrum edə bilər.

Bu maddələrin hər ikisi gündəlik fəaliyyət zamanı enerji səviyyələrini qorumaq üçün vacib makronutrientlərdir və diabet kimi müəyyən xəstəliklər səbəbiylə tibbi tələb olunmadığı təqdirdə onlardan tamamilə imtina etmək lazim deyil.

Natəvan