Pəhriz saxlayarkən lahmacundan imtina edə bilməyənlər var. Onları nəzərə alaraq, sizlərə diyetik lahmacun reseptini təqdim edirik. Xəmiri üçün lazım olan ərzaqlar: 3 stəkan pəhriz unu 1/2 paket yaş maya Duz Su İçlik üçün: 100 qr qıyma 2 soğan 1 dəstə doğranmış cəfəri 2 pomidor 3 bibər Duz, pul bibər, kəklik otu Zeytun yağı Hazırlanması: Əvvəlcə xəmiri hazırlayın. Unu dərin bir qabın içinə tökün. Düz ortasına yaş mayanı qoyun. Sonra ilıq su tökərək mayanı əridin. Duzunu da səpərək yumşaq xəmir halına gələnə qədər yoğurun. İçliyin hazırlanması üçün də pomidor, soğan və bibəri blenderla xırda doğrayın. Bıçaqla doğradığınız cəfərini də içliyə əlavə edin. Sonda qıymanı, ədviyyatları və zeytun yağını əlavə edib yaxşıca qarışdırın. Xəmir gələndən sonra bərabər ölçülü kündələrə ayırın və oxlovla yayın. Lavaşın üzərinə hazırladığınız içlikdən səpin. 180 dərəcədə isidilən sobada xəmiri və içliyi hazır olana qədər bişirin. Yanında ayranla servis edə bilərsiniz. Nuş olsun!