Gicitkanı qədimdən “7 həkimi əvəz edən”bitki adlandırırlar. Onun tərkibi bütün digər dərman otlarından fərqlənirdi
Xüsusən may –iyun aylarında yetişən və yığılan gicitkan şəfalıdır.
Gicitkanın qana təsiri barədə miflər gəzir. Bir qrup onun qanı durulaşdırdığını, digər qrup isə əksinə qatılaşdırdığını bildirir.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, təzə gicitkan gövdəsi və yarpaqlarında çoxlu askorbin turşusu, yəni vitamin C vardır. O da qan durulaşdırıcı və yeniləyici xassəsi ilə tanınır.
Eləcə də gicitkanda A, B qrup vitamini, dəmir, kalsium, marqans var.
Ona görə gicitkan qanazlığı, anemiya, qanaxmadan sonrakı durumlarda qan bərpa edici kimi təsir edir.
Lakin gicitkanda həm də K vitamini vardır, o da zədələnmiş qan damarlarının bərpasında rol oynayır. Ona görə gicitkan dəmləməsi içmək və ya özünü yemək, lazımsız yerə qanın qatılaşmasına da səbəb ola bilər. Çünki 150 qram gicitkanda sutkalıq K vitamini dozası 6 dəfə çoxdur.
Gicitkandan dəmləmə hazırlayanda bura nanə, timyan və qandurulaşdırıcı başqa bitkilərdən mütləq əlavə olunmalıdır.
Gicitkan kimlərə olmaz:
- Qanı çox duru olanlara
- laxtalanma problemi olanlar
- Hamilələr
- Menstruasiya zamanı qadınlar
- Qandurulaşdırıcılar və aspirin qəbul edənlərə də olmaz, o tromb yarada bilər.
Ümumiyyətlə, qanından xəbəri olmayanlar, gicitkandan uzaq dursun.