A vitamini ilə zəngin olan bu çipslər sayəsində görmə qabiliyyətiniz həftədə iki dəfə artacaq.
Foodinfo.az A vitamini anbarı olan və görmə qabiliyyətini yaxşılaşdıran bu çipslərin reseptini təqdim edir:
Görmə qabiliyyətini yaxşılaşdıran ən güclü vitamin A vitaminidir. Yerkökü A vitamini baxımından ən zəngin qidadır. Buna görə də əksər ekspertlər görmə problemi olanlara yerkökü istehlak etməyi məsləhət görür. Ancaq hər kəs yerkökü yeməyi sevmir. Bundan əlavə, yerkökü adətən yemək və ya salata qoyularaq istehlak edilir. Bu, onun faydalılığını azaldır.
Birbaşa yerkökü istehlak etmək istəyirsinizsə, bunu sağlam və asan qəlyanaltı ilə təmin edə bilərsiniz. Bir az ədviyyat, bir az zeytun yağı və heyrətamiz nəticələrlə kök cipsləri sayəsində görmə qabiliyyətinizi 1 həftə ərzində artıracaqsınız.
Kök çipsləri necə hazırlanır?
Lazım olanlar:
4 böyük iri yerkökü
2 diş sarımsaq
2 xörək qaşığı rozmarin
Qara bibər, pul bibər, zirə, duz
Bir qaba 2 xörək qaşığı zeytun yağı, rozmarin, rəndələnmiş sarımsaq qoyun.
10 dəqiqədən sonra yerköküləri yuyun. Dairəvi formada incə doğrayıb duz-istiotu da əlavə edərək bu qarışımın içində qarışdırın.
Sonra kökləri bir-bir yağlı kağız sərilmiş soba listinə düzün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya qoyub 25 dəqiqə bişirin.