Ekspertlər hesab edi ki, xolesterolu artıran qidalara qırmızı ət (mal, dana əti), quzu əti, donuz əti, içalat, həmçinin ət məhsulları - kolbasa və sosislər daxildir. Qəhvə, mayonez, marqarin, asan həzm olunan karbohidratlar, qızardılmış qidalar və yüksək yağlı süd məhsullarından çox istifadə etmək tövsiyə edilmir. Bura pendir, qaymaq, xama, süd, dondurma və yağ daxildir.

Tərkibində trans yağları olan qidalardan da uzaq durmaq lazımdır. Məsələn, fast fooddan, cipsdən, krakerdən və s. Bundan əlavə, bəzi dəniz məhsulları xolesterol səviyyəsini artıra bilər. Bunlara xərçəng, karides və kürü daxildir. Bununla belə, xolesterolu azaltmağa kömək edən qidalar da var.

Bunlara avokado, buğda rüşeymləri, qəhvəyi düyü, küncüt toxumu, günəbaxan toxumu, püstə, balqabaq toxumu, şam qozası, kətan toxumu, badam, zeytun yağı və istənilən formada göyərti daxildir.

Bundan əlavə, giləmeyvə - zoğal, çiyələk, qırmızı qarağat, moruq, qaragilə, nar, qırmızı üzüm yeyərkən xolesterinin səviyyəsi 15-18% azalır. Qəhvəni zəif yaşıl çayla əvəz etməklə xolesterolu 15% azalda bilərsiniz.

Eyni zamanda təkcə pəhrizin tənzimlənməsi kifayət deyil. Fiziki fəaliyyət və siqareti tərgitmək də vacibdir.

Nurlan