İltihab orqanizmin immun sisteminin infeksiyaya, zədələrə müdafiə mexanizmi kimi reaksiyasıdır. Bu təbii proses xarici patogenləri məhv etməyə, zədələnmiş toxumaları bərpa etməyə və şəfa verməyə kömək edir. İltihab qan damarlarının genişlənməsi, təsirlənmiş nahiyəyə qan və hüceyrələrin axınının artması, şişlik, qızartı və ağrı kimi əlamətlərlə özünü göstərir. Kəskin iltihab qısamüddətlidir, lakin xroniki iltihab davamlı və uzunmüddətli ola bilər ki, bu da bəzi xəstəliklərin əsas səbəblərindən biri ola bilər.

Artrit adətən oynaq ağrısı, şişkinlik, sərtlik və hərəkətin məhdudlaşdırılması kimi simptomlarla xarakterizə olunur. İstifadə edəcəyimiz düzgün qidalarla bunun qarşısını almaq mümkündür.

 Foodinfo.az bu qidaları təqdim edir:

BALIQ

Seçmək üçün ən yaxşı balıqlardan bəziləri qızılbalıq, tuna, sardina və hamsidir. Bu balıqlarda omeqa-3 olduqca yüksəkdir və ürək sağlamlığına kömək edir, oynaqların şişkinliyini və ağrısını azaldır.

Qoz-fındıq 

Çərəzlər sağlam qəlyanaltı üçün əla bir seçimdir. Onların tərkibində yüksək miqdarda lif, kalsium, maqnezium və E vitamini var.

Meşə meyvələri 

Qırmızı, bənövşəyi və tünd meyvələr iltihabın qarşısını almaq üçün idealdır. Xüsusilə meşə meyvələri əla seçimdir. Qaragilə, albalı, zoğal, moruq və çiyələk antioksidantlarla zəngindir və xəstəliklərə qarşı mübarizə aparan xüsusiyyətlərə malikdir.

Lobya

Lobya da daxil olmaqla bütün növ paxlalılar həm böyük bir protein mənbəyidir, həm də lif, fol turşusu, maqnezium, dəmir və sink ehtiva edir. Əzələ sağlamlığını yaxşılaşdırmaq üçün də əladırlar.

Yağlar

Zeytun yağı kimi sağlam yağlar, qığırdaq zədələnməsinin və iltihabın qarşısını alan bir çox antiinflamatuar dərman kimi fəaliyyət göstərə bilər. 

Sarımsaq zəncəfil 

Sarımsaq və zəncəfil iltihablı molekulları yatırmaq qabiliyyətinə malikdir. Ancaq ölçülü şəkildə istehlak etmək vacibdir və düzgün nisbətlər üçün həkiminizlə məsləhətləşmək lazımdır.

Sarıkök

Sarıkök tərkibindəki kurkumin adlı birləşmə sayəsində güclü iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Kurkumin müxtəlif fermentləri və molekulları hədəf alaraq iltihab yollarını yatıra bilər. Qara bibərlə birlikdə istehlak edildikdə kurkumin udulması artır, ona görə də adətən bu şəkildə istifadə edilir.

Ədviyyatlar

Rozmarin, kəklikotu və zəncəfil kimi ədviyyatlar da iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xüsusilə zəncəfilin tərkibində gingerol adlanan birləşmələr var və iltihabi proseslərə təsir edərək rahatlama təmin edə bilir.

Yaşıl yarpaqlı tərəvəzlər 

İspanaq, pazı, kələm və arugula kimi yaşıl yarpaqlı tərəvəzlər fol turşusu, C vitamini, E vitamini və beta-karoten kimi antioksidanlarla zəngindir. Bu qidalar iltihabı azalda və antioksidantlar və digər fitokimyəvi maddələr vasitəsilə hüceyrə zədələnməsinin qarşısını ala bilər.