İyunda yetişən mövsümi giləmeyvələr - çiyələk, moruq, qaragilə, yabanı çiyələk, böyürtkən və qarağat - vitamin və minerallarla zəngin olduqları üçün çox faydalıdırlar.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq, terapevt, hepatoloq Şota Kalandiaa Life.ru-ya giləmeyvələrin faydalarından danışıb.
Belə ki, onun sözlərinə görə, çiyələkdə antioksidant olan və immun sistemini qoruyan C vitamini, həmçinin, sümük sağlamlığını qoruyan və ürək-damar sisteminin güclənməsinə kömək edən K vitamini var. Bundan əlavə, çiyələkdə çoxlu miqdarda silisium (silikon) var ki, bu da saç və dırnaqları gücləndirməyə, həmçinin dəri keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Moruq C, B, B2, B6, PP vitaminləri ilə yanaşı, kalium, maqnezium və dəmir kimi minerallarla zəngindir. Bu giləmeyvə immun sistemini gücləndirməyə, ürək-damar və sinir sistemlərinin fəaliyyətini yaxşılaşdırmağa, həmçinin, orqanizmdə metabolik prosesləri sürətləndirdiyinə görə arıqlamağa kömək edir.
Qaragilə və yabanı çiyələk C vitamini və antosiyaninlərlə - hüceyrələri sərbəst radikallardan qoruyan antioksidantlarla zəngindir. Bundan əlavə, bu giləmeyvənin tərkibindəki B vitaminləri hüceyrələrdə metabolik prosesləri sürətləndirir, saç və dərinin vəziyyətini yaxşılaşdıracaq.
Böyürtkəndə C, E və A vitaminləri, həmçinin maqnezium, kalium, kalsium və dəmir var. Bu giləmeyvə qanda xolesterinin səviyyəsini aşağı salmağa və immun sistemini gücləndirməyə ehtiyacı olanlar üçün faydalıdır. Böyürtkən şirəsi isə həzmi yaxşılaşdırmağa kömək edir.
Qarağatın tərkibində A və C vitaminləri, həmçinin, selen və sink var. Ona görə də bu giləmeyvə sağlamlıq üçün xüsusilə faydalı hesab olunur. Bundan əlavə, soyuqdəymənin qarşısını almağa kömək edir.
Bütün bunlara baxmayaraq, qastroenteroloq giləmeyvələri həddindən artıq yeməyi məsləhət görmür - bununla onların faydası artmayacaq, çünki tərkibində çox miqdarda turşu olur. Giləmeyvələrin "düzgün" dozası gündə maksimum 300 qramdır və əsasən təzə şəkildə yemək məsləhətdir.
"Bundan əlavə, bu qidaları günün birinci yarısında - səhər və günorta - yemək daha yaxşıdır. Günün ikinci yarısında şirin giləmeyvə yemək mədəaltı vəzi tərəfindən insulin ifrazını stimullaşdırır ki, bu da insulin dirəncinə, nəticədə isə 2-ci tip şəkərli diabetə səbəb ola bilər", - deyə həkim xəbərdarlıq edib.
Natəvan