Menopauza zamanı kökəlməmək və sağlamlığa zərər verməmək üçün necə qidalanmalıyıq.

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-diyetoloq və endokrinoloq Anton Polyakov danışıb.

Onun sözlərinə görə, klimaks dövründə olan qadınlarda artıq çəkiyə meyillilik orqanizmdə insulin dirəncinin artması ilə əlaqədardır.

“Artıq çəki qan təzyiqi normadan aşağı və ya yuxarı olması, xolesterin səviyyəsinin artması, (şəkərin yüksək olması nəticəsində) damarların zədələnməsi və xərçəngə tutulma riski kimi bir sıra neqativ xəstəliklərə gətirib çıxara bilər”, - deyə diyetoloq vurğulayıb.

Mümkün problemləri aradan qaldırmaq üçün şirniyyat və müxtəlif un məmulatlarından istifadəni azaltmaq lazımdır. Omeqa-6 turşuları ilə zəngin qidalara da diqqət etmək gərəkdir. Belə qidalar arasında günəbaxan yağı, püstə və yerfıstığını qeyd etmək olar. Bundan əlavə, fruktoza tərkibli şirin meyvələrdən istifadəni məhdudlaşdırmaq vacibdir. Polyakov üzüm və ərikləri bu meyvələrə aid edib.

Mütəxəssis süd içməyi də məsləhət görmür, çünki menopauza zamanı bədən onkogen olur, bu isə xəstəlik riskini artırır. Yaş və hormonal dəyişikliklərə görə qırmızı və emal edilmiş ət yemək olmaz.

Endokrinoloq kompleks karbohidratlarla və rezistent nişasta ilə zəngin qidaları, eləcə də allergiyanız yoxdursa, tərəvəz və yumurtaları rasionunuza daxil etməyi məsləhət görür. Mioma, endometrioz və onkoloji xəstəlikləriniz yoxdursa, mayalanmış soya tərkibli qidalardan da istifadə edə bilərsiniz.

Ən yaxşısı isə, qida rasionuna kürü, balıq və "vəhşi" əti daxil etməkdir. Onlar omeqa-3 ilə zəngindir. Bitki qidalarına üstünlük verirsinizsə, əti kətan və çia toxumu ilə əvəz edə bilərsiniz.

Nurlan