İlk aylarda gecə qidalanma körpələr üçün çox vacibdir. Yenidoğulan körpələr ilk 3-4 aylığında yemək üçün tez-tez gecə oyanır. Lakin, körpə müəyyən bir müddətdən sonra bu vərdişi avtomatik olaraq dayandırır. Buna baxmayaraq, bir çox analar uçaqları gecə qidalandırmağa davam edirlər. Anaların əsas problemi "birdən uşaq ac qalar" məsələsidir. Amma zaman-zaman bu vərdiş olur və bəzi sağlamlıq problemləri ortaya çıxa bilər. Foodinfo.az uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Mehmet Celaloğlunun bu barədə tövsiyyələrini təqdim edir: Yeni doğulmuş körpələrin mədəsi olduqca kiçikdir və onların həzm sistemləri tam inkişaf etmir. Ana südünü həzm etmək körpə üçün asandır. Odur ki, tez-tez qidalanırlar. Hətta gecə oyanmadığı təqdirdə, hər 2-3 saatda bir körpəni oyanmaq süd vermək lazımdır. 4-6 aydan sonra körpə 5-6 saat ərzində yata bilir. Bu prosesdə, uşağı yuxudan oyatmaq və ana süd vermək olmaz. Uşaq böyüdükcə mədə tutumu artır və qidalanma tezliyi buna görə azalır. 6 aydan sonra əgər uşaq gecə oyanarsa ona qida vermək lazımdır. Yəni, uşağın aclıqdan oyanması doyunca süd əmməsi ilə təyin edilə bilər. Amma oyanıb az miqdarda süd əmib yatırsa, bu proses gecə ərzində bir beçə dəfə təkrarlanırsa deməli sadəcə vərdişdir. Bir sözlə uşağın gecə oyanması yalnız ac olduğu üçün deyil. Bu vərdişi aradan aparmaq üçün süd verməyi azaldıb, suyu çoxaltmaq olar. Unutmayın ki, bu vərdişi vaxtında aradan aparmasanız gələcəkdə fəsada gətirib çıxarar. Hazırladı: Fidan