Limonlu süd qəribə səslənsə də, oynaq və əzələ ağrılarını aradan qaldırdığı üçün çox faydalıdır. 1 stəkan südün içinə sıxdığınız limon, görün nə möcüzələr edir.
Foodinfo.az xəbər verir ki, hər dərdin şəfa mənbəyi olan limon və südün birləşməsi dərman effekti yaradır.
Limonlu süddən müntəzəm istifadə edilərsə, bir çox problemləri aradan qaldırmağa kömək edir. Xüsusilə oynaq ağrılarına faydalı olduğu bilinən bu qarışığı həkiminizlə məsləhətləşərək istehlak edə bilərsiniz.
Bir stəkan südün içinə yarım limon sıxıb qarışdırın. Hazırlanmış qarışığı 4-5 saat soyuducuda saxlayın.
Qatıq kıvamında olan limonlu südü yatmazdan əvvəl 21 gün nizamlı olaraq istehlak edin.
Müntəzəm istehlak ilə oynaq ağrılarınızın azaldığını və daha asan hərəkət edə bildiyinizi görəcəksiniz. Əzələ və skelet quruluşunu gücləndirən limon südü daxili xəstəliklərə də xeyirli olacaqdır.