Qərənfil ağacının çiçək qönçələrindən əldə eilən mixək çayı sağlamlığa çox faydalıdır.

Mixək suyu hazırlamaq üçün əvvəlcə 6 mixək toxumunu 2 stəkan su ilə qaynadın. 15-20 dəqiqə dəmlənməyə buraxın. Dəm aldıqdan sonra səhərlər acqarına içə bilərsiniz. Mixək suyu gündə 2 stəkandan çox içilməməlidir.

Foodinfo.az mixək çayının faydalarını təqdim edir:

  • Boğaz infeksiyası üçün təbii bir vasitədir.
  • Ağız qoxusunu aradan qaldırır.
  • Ağızdakı bakteriyaları təmizləyir.
  • Maddələr mübadiləsini sürətləndirir.
  • Arıqlamağa kömək edir.
  • Diş ətlərini gücləndirir.
  • Sidikqovucudur.
  • Stress və narahatlığı azaldır.
  • Saça qulluqda yardımçı olur.
  • Dəriyə xeyirlidir.

Şəbnəm