Ürək xəstələri tərəfindən də tez-tez istifadə edilən, qan təzyiqini aşağı salan təsiri olan sarımsağın təzyiqi aşağı salan təsiri olub-olmadığı hamı tərəfindən maraq edilən suallar arasında yer alır.
Keçmiş illərdə aparılan tədqiqatlar sarımsaqdakı allicin maddəsinin qan təzyiqini aşağı salan təsiri olduğunu ortaya çıxarıblar. 2008-ci ildə Ürək-damar Xəstəlikləri üzərində aparılan bir tədqiqatda insanın başlanğıcda qan təzyiqi nə qədər yüksək olarsa, sarımsaq müalicəsindən sonra qan təzyiqində o qədər çox azalma olduğu nəticəsinə gəliblər.
Bununla yanaşı, yüksək təzyiq müalicəsində sarımsaq təklif edilmədən əvvəl edilməsi lazım olan çox araşdırma var. Birincisi, müxtəlif işlərin 23 həftəyə qədər sürməsinə baxmayaraq, sarımsağın təzyiq aşağı salan təsirlərinin uzun müddətdə davam edəcəyini göstərən heç bir sübut yoxdur. Qan təzyiqi dərmanları illərlə təsirli olmağa davam edir, ancaq günümüzdə sarımsağın daha uzun bir müddət ərzində eyni təsirə malik olub-olmayacağını bilmirik.
Sarımsağın qan təzyiqini və təzyiqi aşağı salan təsirinin olmasına baxmayaraq, qəlb böhranı və ya iflic kimi xəstəliklərin qarşısını aldığını demək olmaz. (Metbuat.az)