Bir çox insanın qanının tərkibində qlükoza miqdarı yüksək olur. Amma bu miqdar şəkərli diabet kriteriyasına daxil edəcək səviyyədə yüksək olmur.
Foodinfo.az xəbər verir ki, bu vəziyyəti mütəxəssislər diabetdən öncəki vəziyyət adlandırırlar. Bu vəziyyət zamanı maddələr mübadiləsi pozulur və bu, metabolik sindrom adlanır. Bir çox hallarda isə bel bölgəsində artıq çəkinin yığılması, qanda xolesterin miqdarının artması və qan təzyiqinin yüksəlməsi ilə müşayət olunur.
Bu pozulmaların baş verməsinin təməlində insulrezistentlik vəziyyəti dayanır. Bu vəziyyət zamanı orqanizm toxumalarında insulinə qarşı toxunulmazlıq inkişaf edir və bu maddə mədəaltı vəzi tərəfindən ifraz edilir. Amma mütəxəssislərin fikrinə görə, bu vəziyyətdən çıxmaq olar. Çünki əsas risk faktorları hərəkətsiz həyat tərzi və həddən artıq yağ qəbul etməkdir.
Həyat tərzini dəyişmək, fiziki aktivlik və sağlam qidalanma prinsiplərinə riayət etmək karbohidrat və yağ mübadiləsinə müsbət təsir edir. Yaxın perspektivdə isə qanın tərkibində xolesterin və qlükozanın azalması ilə nəticələnir. Bundan əlavə, qanda şəkərin miqdarını nəzarətdə saxlamağa kömək edən bir sıra qida məhsulları var:
Su
Şübhəsiz ki, susuzluq hiss edirsinizsə, su içməlisiniz. Zərərli qazlı, şəkərli, şirin meyvə şirələrindən fərqli olaraq təbii su susuzluğun qarşısını alır və artıq şəkəri sidik vasitəsilə böyrəklərdən ixrac edir. Sübut edilib ki, kifayət qədər su içməyən insanlarda hipertlikemiya, yəni qanda qlükoza miqdarının artması riski artır.
Sellüloz
Əriyən və əriməyən qida lifləri əsl super ərzaqdır. Bu maddə orqanizmdən artıq xolesterini ixrac etmək, bağırsağın fəaliyyətini yaxşılaşdırmaq və arıqlamağa kömək etmək kimi xüsusiyyətlərə malikdir. Bundan əlavə isə orqanizm tərəfindən karbohidrat və şəkərin sovrulmasını yavaşladır, bununla da qanda qlükoza miqdarının azalmasına müsbət təsir edir, ikinci tib diabet xəstəliyinin qarşısını alır. Bu məsələdə daha çox əriyən sellüloz daha effektivdir. Bu maddəni sitrus, yulaf və paxlalılardan, almadan əldə etmək olar.
Balıq
Balıq ərzaq məhsulu kimi qanda şəkərin miqdarına birbaaş təsir etmir. Amma balıq əla və yüksək keyfiyyətli zülal mənbəyidir. Zülal isə toxluq hissini artırır, karbohidrat qəbulunu azaldır. Bundan əlavə, yağlı dəniz balığı növlərinin tərkibində yüksək miqdarda doymamış yağ turşuları olur. Bu yağ turşuları isə xolesterini azaldır.
Göyərti
Göyərtiyə tələbat getdikcə artır. Müxtəlif növ göyərti məhsulları ilə yanaşı süfrələrin daimi "qonağı" ispanaqdır. Göyərtinin tərkibində qlikemik indeks aşağı miqdardadır, sellülozdan başqa yüksək miqdarda anti oksidant və maqnezium də var. Bu maddələr isə qanda şəkər miqdarını azaldır. Məsələn, müəyyən edilib ki, kifayət qədər maqnezium qəbul etməmək insulinrezistentliyi və ikinci tip diabet növü riskini artırır.
Qaragilə
Qaragilə və digər rəngli giləmeyvələr, meyvələr, məsələn, alma, portağal və böyürtkənin tərkibi antosianla zəngindir. Bu maddə müəyyən həzm fermentlərini bloklayır və karbohidratların sovrulmasını yavaşıdır. Eyni zamanda qanda şəkərin qəfil artmasının qarşısını alır. Eyni zamanda Böyük Britaniyada aparılmış genişmiqyaslı təcrübə zamanı müəyyən edilib ki, tərkibində flavonoidlər və eyni zamanda antosianlar olan ərzaq məhsullarından istifadə etmək insulinrezistentliyin inkişaf riskini aşağı salır. Bundan əlavə, bu giləmeyvə və meyvələrin tərkibində artıq miqdarda şəkər yoxdur və kökəlməyə meylli olan insanlar üçün əla desert ola bilər. Həm də qidada karbohidratları məhdudlaşdırmaq üçün əla üsuldur.
Əgər həyat tərzini dəyişmək kifayət etmirsə nə etmək lazımdır? Təcili surətdə mütəxəssislərə müraciət edin. Belə olan halda mütəxəssislər sizə müəyyən müalicəvi dərman preparatları təyin edə bilərlər.