Qarağat insan orqanizmi üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu giləmeyvənin bəzi növləri hətta xərçənglə mübarizədə kömək edir. 

Foodinfo.az xəbər verir ki, bu barədə terapevt Timur Asanov danışıb.

Onun sözlərinə görə, qara qarağat limfa düyünlərinin, ürək-damar sisteminin, böyrəküstü vəzilərin fəaliyyətinə faydalı təsir göstərir, immuniteti yaxşılaşdırır. Şəkərli diabet, qan azlığı, yüksək qan təzyiqi və hətta radiasiya xəsarətləri zamanı tövsiyə olunur.

Ən hipoalerjenik olan ağ qarağatdır. O, mikrobları məhv edir və iltihabla mübarizə aparır. Mütəxəssis hesab edir ki, bu giləmeyvədəki bütün vitaminlər kompleksi bədxassəli şişlərin inkişafını dayandırmağa qadirdir.

Смородина разная, чёрная, белая, красная — какая полезнее? - Дачная помощь

Qırmızı qarağat antioksidantlar, A və B qrupundan olan vitaminlərlə zəngindir.Ürək-damar sisteminə faydalıdır. Bu giləmeyvənin şirəsi bədən temperaturunu salaraq qızdırma ilə mübarizədə kömək edir. Bağırsaq xəstəliklərinin və şəkərli diabetin müalicəsində faydalıdır. 

Həkim vurğulayıb ki, qarağatı bişməmiş, təzə halda yemək daha yaxşıdır. Bu halda tərkibindəki faydalı maddələr daha çox olur.

Nurlan