Qaynadılmış yumurta həm dadlı, həm də sağlam bir qida maddəsidir. A, B, E və K vitaminləri ilə zəngin olan bu məhsul, həmçinin dəmir, fosfor və kükürd ehtiva edir. Foodinfo.az bildirir ki, bununla yanaşı, qaynadılmış yumurtada olan proteinlər asanlıqla həzm olunur və idmançılar, sağlam bədən quruluşu əldə etmək istəyənlər üçün əvəzolunmaz bir qida mənbəyidir.

Çox vaxt qaynadılmış yumurta səhər yeməyində istehlak olunur, çünki bu, günə enerjili başlamağa kömək edir və uzun müddət aclıq hissini azaldır. Bununla belə, sağlam qidalanma mütəxəssisləri, həftə ərzində dörd yumurtadan çox yeməməyi tövsiyə edirlər. Çünki çox yumurta istehlakı xolesterol səviyyəsinin artmasına səbəb ola bilər.

Əgər bu qaydalara riayət edilsə, qaynadılmış yumurta bədəninizi yalnız faydalı maddələrlə təmin edəcək və sağlamlığınızı qoruyacaq.