Alimlərin 10 il ərzində 500 min insan üzərində apardığı araşdırma qəhvənin insan ömrünü uzatmağa kömək etdiyini ortaya çıxarıb.
Foodinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmanın nəticələrinə görə, daim qəhvə içənlər qəhvə içməyənlərdən 12% daha uzun yaşayırlar. Üstəlik, insult və ürək-damar xəstəlikləri riski də qəhvə içənlərdə içməyənlərə nisbətən təxminən 20% azdır.
Qəhvənin bu faydaları yalnız üyüdülmüş forması üçün keçərlidir.
Eyni zamanda, qəhvə xərçəng, diabet və demensiya riskini azaltmaqda təsirli olan minerallar və antioksidantlar ehtiva edir.
Gündə 3 fincandan artıq qəhvə istehlakı məsləhət görülmür.