Ümumiyyətlə inək südündən istehsal edilən və mədəyə faydalı olan kəsmiyin qida dəyərinin yumurtadan daha zəngin olduğu bilinir. Yumurtaya qarşı allergiyası olanlar kəsmik istehlak edərək yumurtanın tərkibindəki sağlam komponentlərdən geri qalmırlar. 

 Foodinfo.az xəbər verir ki, kəsmik, xüsusilə təzyiq xəstələrinin və yumurta allergiyası olanların sevimli qidaları arasındadır. Yumurtadan on qat daha faydalı olduğu bilinən kəsmik immunitet sistemini gücləndirir və orqanizmi xərçəngə qarşı qoruyur.

Kəsmik sümükləri və dişləri gücləndirir. Onun tərkibində kalsiumun bədənə yayılmasına və mənimsənilməsinə kömək edən B vitaminləri var. Xərçəng əleyhinə xüsusiyyətlərə malik olan kəsmik tərkibindəki yüksək protein və aşağı kalorili olması səbəbindən arıqlama prosesində də yaxşı köməkçi rolunu oynayır.

Bədən mayesini tarazlaşdırmaq üçün bol miqdarda kalium təmin edən kəsmik tərkibində çox natrium olmadığı üçün qan şəkərinin səviyyəsinin tənzimlənməsinə kömək edir. Tərkibində fosfor, sink, A vitamini, B12 vitamini olan kəsmik bir çox həyati qida maddələri də ehtiva edir. 

Onun tərkibində, xüsusən də digər süd məhsullarında olan başqa bir çox qiymətli protein var. Bu serum proteinidir. Onun bioloji dəyəri də kifayət qədər yüksəkdir.

Kəsmiyin 100 qramında 700 mq kalsium var.

Minerallar və vitaminlərlə zəngin olan kəsmik pəhriz və idmanla məşğul olan insanlara çox tövsiyə olunur.