Yanvarda orqanizm daha həssas olur və zəifləyir. Bir-iki dəfə xəstəlik, virus keçirən insanın immuniteti daha da yüklənir.
Foodinfo.az xaici KİV-ə istinadən xəbər verir ki, həkim İqor Strokov immunstimulyatorları açıqlayıb.
Ev şəraitində kalsiferol tərkibli balıq, xüsusən, okean, dəniz məhsulları, süd məhsulları, yumurta, bitki yağları qəbul etmək lazımdır.
“Əhali arasında kəskin D vitamini əskikliyi var.
Eləcə də immunitetə vitamin C lazımdır.
Gündəlik rasion canlı mikroorqanizmlərlə zəngin kefir, qatıq, yoqurtla bol olmalıdır.
Qədimdə immun gücləndirici bəzi qida, giləmeyvə və bitkilər var.
Bunlar sünbül, buğda cücərtisi – sink, antioksidant və B qrup vitaminlə zəngindir.
İspanaq – onda olan folat orqanizmə yeni hüceyrələr yaratmağa və DNT-ni bərpa etməyə kömək edir. İspanağı çiy halda yeyin.
Brokkoli – hüceyrələri hətta xərçəngdən qoruyur. Qarnir kimi hər gün yeyin.
Nar – orqanizmi və qanı yeniləyir, ən güclü meyvədir.
Zəncəfil – özü, çayı antioksidant təsir edir, orqanizmi qoruyur”.