Mütəxəssislər qışda tərkibində A və E vitaminləri olan qidaları daha çox istifadə etməyi məsləhət görür. Xüsusilə, heyvan mənşəli yağlar insanlar üçün vacibdir, çünki onlar tənəffüs yollarını patogenlərdən qoruyan səthi aktiv maddənin sintezini yaxşılaşdırır.
Bundan əlavə, ət və sümük bulyonları, quzu əti, iri buynuzlu heyvanların dili minerallar və amin turşuları ilə zəngindir və asanlıqla həzm olunur.
Həmçinin qış pəhrizinizə bolqar bibəri, naringi, portağal və limon kimi C vitamini ilə zəngin qidaları daxil etməlisiniz.