Foodinfo.az sağlam qidalanmanın 6 prinsipini təqdim edir:
1. Kalori balansına və yeyilən miqdara nəzarət edin. Bədən ehtiyac duyduğundan daha çox enerji aldıqda çəki artır. Bədəninizin nə qədər "yanacaq" tələb etdiyini bilmək üçün onlayn kalkulyatordan istifadə edin. Orta hesabla gündəlik tələbat 1500-2000 kkal təşkil edir.
2. Gündə ən azı üç dəfə yemək yeyin. Bədən hər hansı bir qida çatışmazlığını aclığın başlanğıcı kimi qəbul edir və bədəndə ehtiyatlar - yağ yataqları yaratmağa başlayır. Yeməklər arasında optimal fasilələ 5 saat, son yemək yatmadan 3 saat əvvəl olmalıdır.
3. Monoton yemək sizi həzzdən məhrum edir və bədəni bütün lazımi qidalarla təmin etmir. Menyuda sağlam qidaları seçin və birləşdirin. Tərəvəzlər, göyərti, ət, balıq, qoz-fındıq, süd məhsulları, paxlalılar, kəpəkli çörək, kəpəkli dənli bitkilər, bərk buğda makaronları, giləmeyvə, meyvələr istifadı edin.
4. Şəkəri məhdudlaşdırın. Şirniyyatlar tez, lakin qısa müddətli toxluq hissi yaradır, onları səhər yeməyi, nahar, şam yeməyi ilə əvəz edə bilməzsiniz.
5. Həftə üçün menyu hazırlayın. Heç bir şey sizə həftəlik menyu hazırlamaq kimi pul, vaxt və əsəblərə qənaət etmir. Əlbəttə ki, yemək planı tərtib etmək üçün həftədə bir saat vaxt sərf etməli olacaqsınız, lakin o zaman hər gün “Nahara nə var?” sualı, “Evə gedərkən nə almaq lazımdır?” suallarına görə əziyyət çəkməyə ehtiyac qalmayacaq.
6. Ağıllı alış-veriş edin. Hər dəfə mağazaya gedəndə soyuducunun içindəkilərin şəklini çəkin, lazımi məhsulların siyahısını tərtib edin. Ərzaq alış-verişinə ac getməməyə çalışın. Bu, lazımsız alış-verişdən qaçmağa kömək edəcək.
Nərmin