Şirə qidalandırlıcı və vitaminlərlə zəngin bir içkidir. Şirə meyvə, giləmeyvə və ya tərəvəzin sıxılması yolu ilə əldə edilir. Mütəxəssislər tam yetişmiş meyvədən təzə çəkilən şirəni içməyi məsləhət bilir. Şirə əldə etmək üçün alma, limon, portağal, laym, naringi, palaya, manqo, armud, kivi, böyrütkən, quşüzümü, nar, pomidor, kələm, ispanaq, çəfəri, yerkğökü, çuğundur, xiyar və s. istifadə edilir.
Tərkibinə görə şirələr müxtəlif növlərə ayrılır:
* Təzə sıxılmış şirə tam yetişmiş meyvə və tərəvəzləri təzə halda sıxaraq əldə edilir.
* Hazır şəkildə satılan şirə istehsal sənayelərində təbii meyvələrdən hazırlanır və hermetik paketlərdə satılır.
* Bərpaedici şirə sənaye üsulu ilə hazırlanır və quru halda satılır. Onun üzərinə su əlavə edilir və şirə əldə olunur.
* Qatılaşdırılımış şirə sudan və onun iki misli qədər toz halda olan meyvə dadlı qarışımdan hazırlanır.
Şirənin aşağıdakı növləri də var:
* Nektar meyvə və giləmeyvələrin texnoloji üsullarla sıxılması yolu ilə əldə edilən içkidir. Nektarı əsasən albalı, banan, nar, şaftalı, ərik, ananas, portağal və ya müxtəlif giləmeyvələrdən hazırlayırlar. Onu hazırlayan zaman təbii dadlandırıcılardan, təbii rəngləndiricilərdən, təbii turşulardan və konservantlardan istifadə edilir. Nektar hazırlayan zaman yetişmiş meyvədən püre hazırlanır və bu içkinin 20-50%-i təşkil edir.
* Şirə tərkibli içki toz halında olan və meyvə dadı verən maddədən hazırlanır. Bu zaman şirənin tərkibində olan quru, toz maddə onun 15%-dən az hissəsini tutmamalıdır.
Meyvə şirələrini şirəçəkən maşın və ya əllə sıxılma yolu ilə əldə etmək mümkündür.
Şirənin faydalı xüsusiyyətləri
Şirənin faydalı xüsusiyyətləri onun hazırlanmasında istifadə edilən meyvə və ya tərəvəzlərin tərkibindən asılı oluaraq müxtəlif olur. Adətən az miqdarda meyvədən çəkilən şirəni içmək faydalı olur. Çoxlu miqdarda şirəni içmək mümkün olmur.
Təbii şirə həzmi sürətləndirir, mədə və bağırsaqların fəaliyyətini artırır. Təbii şirə bağırsaqlardan qısa bir zamanda sorulur və orqanizmdə enerjinin əmələ gəlməsinə səbəb olur. Təbii şirə fermentlərin mübadiləsini və həzmi sürətləndirir, qan və limfa sistemininin turşu-qələvi balansını normallaşdırır.
Hər bir şirənin özünəməxsus dadı, tərkibi və faydası var.
Meyvə şirələri
Portağal şirəsinin tərkibində C, K, A, E, B qrup vitaminləri, sink, kalsium, mis, dəmir, fosfor,selen və s. müxtəlif amin turşuları var. Portağal şirəsi içmək avitaminozun, soyuqlamanın qarşısını alır, diş və ağ ciyər xəstəliklərinin baş verməsini əngəlləyir, damarlarda olan iltihabi proseslərin sağalmasını sürətləndirir. Yüksək temprartur və arterial təzyiq zamanı portağal şirəsi içmək çox faydalıdır. Mütəxəssislər həftədə 3 dəfə və 200 ml-dən çox portağal şirəsi içməyi məsləhət görmür.
Qreypfurt şirəsinin tərkibi C, PP, E, K, B1, B2 vitaminləri, maqnium, kalium, fosfor, kalsium, yod, dəmir, mis, sink, marqans və s. minerallarla zəngindir. Qreypfurt şirəsi orqanizmə antiseptik, iltihab və allergiya əleyhinə təsir göstərir. Yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri, sinir sistemi xəstəlikləri zamanı, yüksək təzyiq və venaların genəlməsi zamanı qreypfurt şirəsi içmək çox faydalıdır. Mütəxəssislər dərman müalicəsi zamanı çoxlu miqdarda qreypfurt şirəsi içməyi məsləhət bilmir. Çünki, onun tərkibindəkilər dərman maddələrinin orqanizmə təsirini azalda bilir.
Gavalı şirəsinin tərkibində olan A, PP vitaminləri, kalium, kalsium, maqnium orqanizmdən artıq mayenin xairc olunmasını sürətləndirir, mədə turşulıuğunu azaldır və qanda xolesterinin miqdarını aşağı salır. Xroniki qəbizlik zamanı gavalı şirəsi içmək çox faydalıdır.
Alma şirəsi orqanizm üçün ən faydalı və hipoallergik şirə hesab edilir. Atereskleroz, revmatizm, artrit, qara ciyər və böyrək xəstəlikləri, öd və sidik daşı xəstəliklərində alma şirəsi içmək çox faydalıdır. Onun tərkibi B, C, E, A vitaminləri, fosfor, mis, dəmir, natrium, maqnium, selen, kükürd və s. mineralları var. Alma şirəsinin tərkibi təbii turşiularla zəngindir. Alma şirəsi içmək saçları, dırnaqları, dişləri möhkəmləndirir, qanda hemoqlobinin miqdarını artırır, əzələ toxumasının fiziki yükü qaldırmaq gücünü çoxaldır.
Giləmeyvə şirələri
Üzüm şirəsinin tərkibi A, C, B qrup vitaminlər, təbii turşular, çoxlu miqdar vitaminlərlə zəngindir. Üzüm şirəsi qırmızı qan hüceyrələrinin miqdarını artırır, onurğa beyinin fəaliyyətini yaxşılaşdırır, hemoqlobinin miqdarını artırır, orqanizmdən toksin və şlakların xaric olunmasını sürətləndirir. Üzüm şirəsi qanda olan artıq xolesterinin təmizlənməsinə səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır, bütün orqanların fəaliyyətinə müsbət təsir edir.
Qarpız şirəsinin tərkibi A, PP, A, B1, B2, B12 vitaminləri, minerallar və liflərlə zəngindir. O güclü sidikqovucu təsirə malikdir və çoxlu miqdarda içilməsinə baxmayaraq orqanları qıcıqlandırmır. Anemiya, qara ciyər və bağırsaq xəstəlikləri, podaqra, atereskleroz xəstəlikləri zaman qarpız şirəsi içməyin faydası çoxdur.
Tərəvəz şirələri
Kərəviz şirəsinin tərkibində çoxlu vitamin və minerallar var. Fiziki və zehni yorğunluqlar zamanı kərəviz şirəsi içmək çox faydalıdır. Artıq çəkidən xilas olmaq üçün kərəviz şirəsi içməyin faydası böyükdür. O həzmi yaxşılaşdırır, mədə-bağırsaq, ürək və qalxanabənzər vəzi xəstəlikləri zamanı çox faydalıdır.
Balqabaq şirəsi C və B qrup vitamin, kalsium, fosfor, kalium və s. minerallarla zəngindir. Balqabaq şirəsinin tərkibində olan təbii turşular xolesterinin miqdarını azaldır, piylənmənin qarşısını alır, böyrək və sidik daşı xəstəlikləri zamanı daşların tökülməsinə səbəb olur,ürək əzələsini və qan damarlarını möhkəmləndirir.
Pomidor şirəsinin tərkibində A və C vitaminləri, orqanik turşular( alma, limon, əvəlik və s.),maqnium, lasium, kalium, natrium mineralları və s. var.
Çuğundur şirəsi qadınlar üçün ən faydalı olan şirələrdəndir. Qanaxma, aybaşı və klimaks dövründə çuğundur şirəsi içmək eritrositlərin əmələ gəlməsini sürətləndirir. Çuğundur şirəsi piy hüceyrələrinin əriməsinə, damarların təmizlənməsinə, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onu həddindən çox içmək tövsiyə edilmir. Bu ürəkbulanmaya və qusmaya səbəb ola bilir.
Yerkökü şirəsinin tərkibində A, C, D,E, B qrup vitaminləri, çoxlu miqdarda minerallar var. Bu şirə ürək-damar , böyrək, qalxanvari vəzi xəstəlikləri, qan azlığı, avitaminozlar, poliartrit xəstəlikləri üçün çox faydalıdır.
Kələm şirəsinin tərkibi C, K, D, E, PP,U, B qrup vitamin və minerallarla zəngindir. Mədə-bağırsaq, ağ ciyər iltihabı, atereskleroz, soyuqlama xəstəlikləri zamanı kələm şirəsi içmək çox faydalıdır. O artıq piylərin əriməsinə səbəb olur. Buna görə də dietoloqlar arıqlamaq istəyənlərə kələm şirəsi içməyi tövsiyə edirlər. Fərqli dad xoşlayanlar müxtəlif meyvə və giləmeyvə şirələrinin qarışımından istifadə edirlər.
Şirənin zərərli xüsusiyyətləri
Təbii şirələrin tərkibində çoxlu təbii turşular olur. Bu səbəbdən də mədə şirəsinin çoxluğundan, mədə və oniki barmaq yarasından əziyyət çəkənlərə şirə içərkən diqqətli olmaq məsləhət görülür.