Gecə yaxşı yatmaq sağlam həyatın ilk şərtidir. İşdən gec çıxmaq, uşaqlar və ev işləri ilə məşğul olmaqla yuxuya getməyimiz gecikə bilər və bu hər gün təkrarlanmağa başlayarsa, bu, zamanla yuxu pozğunluğuna və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

 Foodinfo.az-ın məlumatına görə, bəzən yuxu pozğunluqları sadəcə sadə vitamin və mineral çatışmazlıqlarından qaynaqlanır. Lakin bəzi təbii vasitələrlə bu problemdən qurtula bilərsiniz. Sizə təklif etdiyimiz resept yaxşı bir gecə yuxusu almaq üçün lazım olan bütün vitamin və mineralları ehtiva edir. Bananın tərkibindəki kalium və maqnezium sizə uzun müddətdir həsrətini çəkdiyiniz sağlam yuxunu təmin edəcək. Və bu yuxu sayəsində orqanlarınızın daha sağlam işləməsini təmin edəcəksiniz.

İnqrediyentlər:

1 banan qabığı 

2 stəkan su 

Yarım çay qaşığı muskat tozu / darçın tozu və ya darçın çubuğu 

Hazırlanması:

Bütün maddələri bir qazanda qoyun və suyun 1/3 hissəsi buxarlanana qədər qaynadın. Sonra soyudun və içmə istiliyinə çatdıqda süzün və zövqlə için.Əmin ola bilərsiniz ki, yuxunuz gözəl olacaq. 

Axşam saat 19:00 radələrində bu çayı içsəniz, ən gec saat 22:00 radələrində yuxuya gedə bilərsiniz ki, bu da yatmaq üçün ideal vaxt olaraq bilinir.