Gənc qalmaq, sağlam yaşamaq üçün qidalanmağın əhəmiyyəti mütəxəssislər tərəfindən tez-tez xatırlanır. Südün tərkibindəki mineral və vitaminlərin, dəri xərçəngi başda olmaqla digər dəri xəstəliklərininin yaranma riskini aşağı saldığı məlum olub.
Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, mütəxəssislərə görə, gündə 1 stəkan süd ilə günlük sinko ehtiyacının 7 faizi, A vitamini ehtiyacının 8 faizini qarşılayır.
Südün əsas faydaları hansılardır?
- İnsulini tənzimləyir.
- Tox tutar.
- Sümüyün güclənməsinə kömək edir.
- Uşaqların inkişafına müsbət təkan verir.
- Ana südü, körpələrin inkişafı üçün yeganə qidadır.
- Sümük əriməsinə qarşı mübarizə aparır.
- Hüceyrələri yeniləyir.
- Dəri infeksiyalarından qoruyur.
- Dəri şişlərinə qarşı qoruyucudur.
- Qeyd edək ki, klimaks keçirən qadınlara gündə 2 stəkan süd içmələri tövsiyə edilir.