Un məmulatlarına həvəs onun sürətli enerji mənbəyi olması ilə izah olunur. Tərkibində çoxlu nişasta var ki, asanlıqla qlükozaya - bədən üçün yanacağa çevrilir. Bu cür məhsullardan asılılıq enerji mübadiləsinin pozulmasını və qida maddələrinin balanssızlığını göstərir. Bəs un məmulatlarını nə ilə əvəz etmək olar?
Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq İrina Mansurova danışıb.
Onun sözlərinə görə, fermentləşdirilmiş qidalara diqqət yetirmək lazımdır. Onlar, həmçinin, şəkərdən uzaq qalmağa imkan verir. Kokos, badam və kətan toxumu kimi az karbohidratlı un variantlarından hazırlanmış şirniyyatları yemək də daha faydalıdır. Bundan əlavə, yavaş cilalanmamış dənli bitkilər, tam taxıl çörəyi, bərk buğdadan hazırlanan makaronlar, həmçinin paxlalılar, tərəvəz və göyərti gözəl əvəzləyici olacaq. Alma, ərik, ispanaq, çuğundur, avokado, brokkoli və kökdən də yan keçməyin. Zülallı qidalar da əla alternativdir.
Dietoloq xəbərdarlıq edib ki, mağazalardan alınan şirniyyatların tərkibində çoxlu şəkər və müxtəlif yağlar var ki, bu da məhsulun maya dəyərini aşağı salmaq üçün istifadə olunur. Belə bulkalar hormonal sistemin pozulmasına və ürək-damar, eləcə də onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər. Bu cür qidalardan həddindən artıq istifadə piylənməyə və disbakterioza da səbəb olur.
İnsanın belə zərərli qidalara meyl etməsinin səbəblərindən danışan Mansurova zülal, yağ və karbohidrat balansının pozulmasına da diqqət çəkib. Un məmulatlarına olan həvəsin başqa bir səbəbi insulin dirəncidir. Yeməkdən sonra insulin artır, yeməklər arasında olan fasilədə isə azalır. Əgər insan çoxlu bulka, şirniyyat yeyir və daim nə isə atışdırırdıqda balansla bağlı problemlər başlayır. Bütün bunlar çəki artımı, insulin dirənci və 2 tip diabetlə nəticələnə bilər.
"Xoşbəxtlik hormonu"ndan asılılıq da şirniyyat yeməyə vadar edir. Buna, həmçinin, yuxu problemləri də səbəb olur. Yuxusunu almayan insan həmişə tormozlanmış halda olur və yemək istəyir.
Bütün bunlara baxmayaraq, özünüzü birdən birə un məmulatlarından məhrum etməyin. Əgər qadağanı pozmağa meyillisinizsə, belə qidalardan tədricən uzaqlaşın.
Fərid