Ananas, ciddi sağlamlıq təsirləri, sağlamlıq və tibbi faydaları olan tənəffüs sağlamlığı, öskürək və soyuq dərman müalicəsi, həzm yaxşılaşdırma, çəki itirmək, sümükləri gücləndirməyə, ağız və göz sağlamlığını yaxşılaşdırmağa kömək edən bir meyvədir.
İltihabı azaltmaq, xərçəngin qarşısını almaq, ürək sağlamlığını artırmaq, infeksiyalar və parazitlərə qarşı mübarizə, immunitet sisteminin yaxşılaşdırılması və dövriyyənin artırılması kimi fayda vardır.
Mürəbbə istehsalçısı Nihad Əliyev açıqlamasında ananasın faydalı və zərərli tərəflərindən danışıb. O bildirib ki, A, C, B vitamini, bromelain maddəsi, enflamatuar, manqan, dəmir və kalsium zəngin olan ananasın insan orqanizminə bir çox faydaları var: “Ananasın suyu bədəndəki yağları əridir, bakteriya və viruslara qarşı immunitet sistemini gücləndirir, qan şəkərinin səviyyəsini nizamlayır. Bu meyvənin kalorisi çox azdır, lif baxımından isə olduqca zəngindir, hüceyrələrin yenilənməsini sürətləndirir, yaraların iltihablanmasının qarşısını alır, qandakı yağ miqdarını aşağı salır və xolesterinin səviyyəsini tənzimləyir. Həmçinin təzyiqin aşağı düşməsinə kömək edir, antioksidant baxımından zəngin olduğu üçün xərçəngdən qoruyucu xüsusiyyətə malikdir.
Saç köklərini möhkəmləndirir, tərkibindəki C vitamini sayəsində diş və diş ətlərini qoruyur, dişləri ağardır, həmçinin kariyesdən müdafiə edir, ölü hüceyrələri təmizləyir, qara nöqtələrlə mübarizə aparır, şiş və qırışları yox edir, dodaqlara yumşaqlıq bəxş edir, dırnaqların qırılmasının qarşısını alır”. Bu qədər xeyirli meyvənin ziyanlarına gəlincə isə, Nihad Əliyev deyib ki, yetişməmiş ananas yemək olduqca təhlükəlidir: “Kal ananası yemək şiddətli ishal və qusmağa səbəb ola bilər. Antibiotik, antidepresan, qan nazildici dərmanlarla qarlılıqlı təsirə keçə bilər. Çox ananas yemək dodaq və dildə həssaslıq meydana gəlməsinə yol aça bilər”. (Cebhe.info)