Payız, qış aylarında qrip və soyuqdəymə riski artır. Bu riski azaltmaq üçün müəyyən qidalar var ki, onları qəbul etmək daha məqsədəuyğundur. Xəstələnməmək üçün qəbul etməli olduğunuz bir neçə qidanı təqdim edirik: Qatıq Qatıq probiotik qidadır. Tərkibində olan sağlam bakteriyalar mədəni və həzm sistemini yaxşılaşdırır. Xəstəliyə yol aça bilən mikrobları bağırsaqdan uzaqlaşdırır. Hər gün qatıq yeyən insanlar daha az xəstəliyə tutulur. Yulaf Yulaf, arpa kimi qidalar immunitet sistemini gücləndirir, yaraları daha sürətli sağaldır və antibiotiklərin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Sarımsaq Sarımsağın tərkibində olan alisinin bakteriyalar və infeksiyalarla mübarizə aparır. Sarımsaq həm də soyuqdəymə riskini azaldır. Bu qida bağırsaq və mədə xərçənginə tutulmamaq üçün də mükəmməl rol oynayır. Qabıqlı dəniz məhsulları Qabıqlı dəniz məhsulları bədəndəki qrip hüceyrələrini təmizləyir və ağ qan hüceyrələrinə kömək edir. Balıqların tərkibində omeqa 3 vitamini olur. Omeqa 3 iltihabı azaldır, tənəffüs yolundakı infeksiyaları təmizləyir. Toyuq suyu şorbası Bu şorba qrip simptomları və qrip riskini azaldır. Xəstə olduğunuz zaman toyuq suyunu içmək öskürək siropu təsiri yaradır. Əgər şorbaya sarımsaq, soğan və ədviyyatlar qatsanız, bu immunitetinizin də yaxşılaşmasına kömək edəcək. Göbələk Göbələk həzm sistemini gücləndirən qidadır. Ağ qan hüceyrələrini dəstəkləyir, infeksiyalara qarşı mübarizə aparır. Xəstələnməmək üçün göbələyi süfrənizdən əksik etməyin. Yaşıl çay Yaşıl çay antioksidanlar sayəsində vücuddakı radikalların qarşısını alır. Hüceyrələri və molekulları zərərli təsirlərə qarşı qoruyur. Həzm sistemini yaxşılaşdırmaq üçün gündə 2-3 stəkan yaşıl çay için. Mənbə: Axşam.az