Yüngül yanıq xəsarəti zamanı ağrı, qızartı və göynəməni aradan qaldırmaq üçün müxtəlif üsullar var.
Həkim və dermatoloqlar, fitoterapevtlər əsasən bir neçə sadə üsul məsləhət görür.
Mütəxəssislərin dediyinə görə, yerkökünü sürtgəcdən keçirərək həmin nahiyəyə qoymaq ən yaxşı üsullardan biridir.
Qızaran yerə yumurta sarısı ilə kərə yağının qarışığını çəkmək də məsləhətdir. Yumurta sarısını qaynar tavada yandıranda ayrılan yağ da yanıqların sağalmasına kömək edir.
Mənbə: AzərTac