
Gündəlik 30 dəqiqəlik gəzinti stressi azaldır və beyin fəaliyyətini gücləndirir. Foodinfo.az bildirir ki, bu barədə terapevt Yelena Parşukova “Vechernyaya Moskva”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, təmiz hava və hərəkət birləşməsi endorfinlərin artmasına və əhvalın yüksəlməsinə səbəb olur.
“Açıq havada gəzmək beyin qan dövranını yaxşılaşdırır və diqqət qabiliyyətini artırır”, – deyə həkim qeyd edib. Parşukova təklif edir ki, səhər və ya axşam saatlarında parkda qısa, lakin nizamlı gəzintilər gündəlik vərdişə çevrilsin.
Bu sadə vərdiş uzunmüddətli sağlamlığın təməlini qoya bilər.