
Bəzi yemək və içkilər var ki, onları təhlükəsizlik, gigiyena və sağlamlıq baxımından təyyarədə istehlak etmək məsləhət görülmür.
Foodinfo.az təyyarədə istehlak edilməməli yemək və içkiləri təqdim edir:
1. Təyyarənin kran suyu (çay/kofe üçün istifadə olunan su)
Təyyarə kranlarındakı su təmiz və steril olmaya bilər. Suyun saxlandığı çənlər bəzən bakteriyalarla (E. coli, koliformlar) çirklənmiş olur. Bu su ilə hazırlanan çay və kofe də risk daşıyır (çünki qaynadılma tam olmaya bilər).
2. Buz
Buzlar da eyni su tanklarından hazırlana bilər. Əgər buzun hansı sudan hazırlandığına əmin deyilsənsə, buzsuz içki istəyə bilərsiniz.
3. Qırmızı ət və ya toyuq yeməkləri
Təyyarədə yeməklər öncədən bişirilib, sonradan qızdırılır. Bu zaman yemək kifayət qədər isidilməyə bilər, nəticədə bakteriya çoxalması riski artmış olar(xüsusilə toyuq və mal ətində).
4. Yumurta tərkibli yeməklər
Mayo, salatlar, yumurta ilə hazırlanmış sendviçlər tez xarab ola bilər. Təyyarədəki aşağı hava təzyiqi və temperatur dəyişiklikləri bu riski artırır.
5. Qənnadı məmulatları və "çox şəkərli" qəlyanaltılar
Uçuş zamanı dad reseptorları zəifləyir, ona görə yeməklər daha dadsız gəlir. Bunu kompensasiya etmək üçün təyyarə yeməkləri çox vaxt şəkərli və duzlu olur. Bu isə qan şəkərini sürətlə qaldırır və enerji düşüşünə, şişkinliyə səbəb olur.
6. Alkoqollu içkilər
Təyyarədə hava təzyiqi aşağı olduğundan alkoqolun təsiri 1.5 qat artır. Sərxoşluq, susuzluq, baş ağrısı və daha tez yorulma ilə nəticələnə bilər.
7. Şişkinlik yaradan qidalar (lobya, kələm, qazlı içkilər)
Kabin içində hava təzyiqi azaldığı üçün bədəndə qazların genişlənməsi normaldır. Bu tip qidalar şişkinlik, narahatlıq və qaz problemini artırır.
8. Çox yağlı və qızardılmış yeməklər
Bu qidalar uçuş zamanı mədə ağırlaşması, ürəkbulanma və həzm problemləri yarada bilər.
Uçuş zamanı susuz qalmamaq, yüngül və asan həzm olunan qidalar seçmək, həmçinin bağlı, qablaşdırılmış içkilərə üstünlük vermək ən doğrusudur.