Bir çox ailə uşaqlarının az yemək yeməsindən, iştahsız olmasından və ona görə də sağlam böyüməyəcəyindən narahat olur. Uşağın az yeməsi, seçici qidalanması ya da arıq olması onun sağlam olmadığı demək deyildir.
Foodinfo.az xəbər verir ki, uşaqlara rahat yemək yedirmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:
Uşağı yeməyə həvəsləndirməyin ən təsirli yollarından biri onun üçün yeməyi bəzəmək və ya gözəl və rəngarəng qablara yemək qoymaqdır. Yeməyin formasının gözəlliyi, bizi yeməyə təşviq etdiyi kimi, uşağın da daha çox yemək istəyinə səbəb olur.
Yemək hazırlayarkən uşağınızı mətbəxə buraxın və yemək hazırlayarkən kiçik tapşırıqları ona həvalə edin.
Bu, uşağın özünə inamını artırır və onun yemək istəyini daha da tətikləyir.
Süfrədə atasının və ya orada olan digər insanların qarşısında mütləq "Məryəm mənə bu gün yeməyi hazırlamağa kömək etdi" deyin. Bütün bunlar uşağınızın özünə inamına böyük təsir göstərəcək.
Uşağınız bərk qaynadılmış yumurta yemirsə, ancaq yarı bişmiş halda yeyirsə, o zaman fərqi yoxdur, ona yarı bişmiş yumurta verin. Yumurta yemək vacibdir. Sonralar böyüyəndə ona az-az qaynadılmış yumurta yeməyi öyrədə bilərsiniz.
Əgər ət yemirsə. Qiyməni yeməyə əlavə etməyə və ya çox xırda doğramağa çalışın ki, yeyəndə fərqinə varmadan dadına alışsın.
Yemək və meyvələri özünüz həvəslə yeyin. Onu yeməyə məcbur etməyin. Məsələn, bir neçə yumşaq və yetişmiş şaftalı yuyun və ləzzətlə yeməyə başlayın və bir neçə dəfə deyin, necə dadlıdır.
Birgə yemək uşağın yemək istəyini artırır. Xüsusilə onun bir və ya bir neçə kiçik yoldaşı varsa. Məsələn, bağçadakı uşaqlar birlikdə yemək yedikləri üçün daha yaxşı və daha çox yeyirlər.
Uşağın yemək üçün xüsusi planı olmalıdır. Bu plana uyğun ona yemək və qəlyanaltılarını verə bilərsiniz. Bu saatlar xaricində ona hər cür yemək verməkdən çəkinin.
Qeyd: Uşağınızın həzm problemlərinə və qida həssaslığına diqqət yetirin. Uşağınızın yemək yeməməsi reflü, qəbizlik və s. kimi həzm problemlərindən qaynaqlana bilər. Yuxarıda göstərilən həllər ilə nəticə əldə etməsəniz, uşağınızın həkiminə müraciət etməlisiniz.