Boş vaxtlarımızda heç nə ilə məşğul olmamaq zaman-zaman cansıxıcı ola bilər. Foodinfo.az boş vaxtınızı keçirmək üçün bəzi tövsiyələri təqdim edir:

Yürüş etmək 

Sevdiyiniz mahnıların siyahısı ilə uzun bir gəzinti etmək cansıxıcılığınızı aradan qaldıracaq və sizə rahatlıq verəcək. Geri dönərkən qəhvə içmək sizi mütləq xoşbəxt edəcək.

Ev işləri ilə məşğul olmaq 

Sizin kefiniz olmasa və evdən çıxmağa enerjiniz olmasa belə, ev işləri ilə məşğul olaraq və ya mətbəxə keçib çoxdandır hazırlamadığınız yeməkləri bişirsəniz, rahatlaya bilərsiniz.

Alış-veriş etmək

Maddi maneəniz yoxdursa, evinizin yaxınlığındakı mağazalara baş çəkmək həm fikrinizi yayındıracaq, həm də yeni şeylər tapmaq imkanı verəcək.

Kitab oxumaq ya filmə baxmaq 

Kitab oxumağın vaxtı, saatı və ya günü yoxdur. Maraqlandığınız sahə haqqında və ya əvvəllər heç eşitmədiyiniz mövzularda oxumaq beyninizi stimullaşdıracaq və perspektivinizi genişləndirəcək.

Oxumağa üstünlük vermirsinizsə, maraqlandığınız film və ya seriala baxıb gününüzü kefli keçirə bilərsiniz.

Kəşf etmək 

Yaşadığınız şəhərdə mütləq daha əvvəl görmədiyiniz park, çimərlik və ya muzey var. Ora gedib özünüz üçün yeni şeylər kəşf edə bilərsiniz.