Çörəkotunu acqarına udmaq xalq təbabətində çox yayılmış bir üsuldur və bir sıra sağlamlıq faydaları ilə əlaqələndirilir. Lakin bunu düzgün və müntəzəm etmək vacibdir.

Foodinfo.az acqarına çörəkotu udmağın faydalarını təqdim edir:

1. İmmuniteti gücləndirir 

Tərkibindəki timokinon maddəsi güclü antioksidant və iltihab əleyhinə təsir göstərir.

2. Qan şəkərini tənzimləməyə kömək edir 

Xüsusilə tip 2 diabetli şəxslərdə insulinə həssaslığı artıra bilər.

3. Həzm sistemini dəstəkləyir

Qəbizlik və şişkinlik kimi problemlərin qarşısını almağa kömək edir.

4. Xolesterolu azaldır 

Tədqiqatlar göstərir ki, çörəkotu pis xolesterolu (LDL) azaldır və ürək sağlamlığını qoruyur.

5. Arıqlamağa kömək edir 

Maddələr mübadiləsini stimullaşdırır və iştahanı azaldır.

Bəs, necə istifadə olunur?

Səhər acqarına 1 çay qaşığı çörəkotunu bütöv şəkildə bir stəkan su ilə udaraq qəbul edə bilərsiniz.

Bəziləri çörəkotunu bal ilə qarışdırıb da qəbul edir.

Həddindən artıq istifadə qarında ağrı, ishal və ya təzyiq düşməsi yarada bilər. Hamilələr və ya xroniki dərman istifadə edənlərin həkimlə məsləhətləşməsi mütləqdir.

Həssas mədəsi olanlar əvvəl az miqdarda yoxlayaraq başlamalıdır.