Bakıda marketdə oğurluq hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən “Al Market”də qeydə alınıb. Belə ki, naməlum şəxslər marketdən içərisində 1 100 manat olan seyfi oğurlayıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.