Mövcud suvarma sisteminin yaxşılaşdırılması və yeni su anbarlarının yaradılması dünyada məhsuldarlığın yüksəlməsinə kömək edəcək və daha 600-800 milyon insanı qida ilə təmin edəcək. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu qənaətə Kaliforniya universitetinin alimləri gəliblər. Mütəxəssislər dünyanı bitki qidası ilə təmin edən 130 kənd təsərrüfatı ərazisini müşahidə ediblər. Məlum olub ki, bu torpaqların 80%-i su qıtlığından əziyyət çəkir və bu da məhsula təsir edir. Alimlər həmin ərazilərdə səmərəli işlərin görülməsini tövsiyyə edir.