Elm adamları ərzaq məhsullarının tərkibindəki pestisitləri (kənd təsərrüfatında istifadə olunan həşəratlara qarşı dərman) təyin edəcək sensor formalaşdırıblar.

 Foodinfo.az xəbər verir ki, sensor Sao-Paolo Universitetinin alimləri tərəfindən hazırlanıb.

Qeyd olunur ki, sözügedən sensor qadağan olunmasına baxmayaraq, Braziliyada hələ də istifadə olunan karbendazimi alma və kələm kimi məhsullarda müəyyən edə bilir. Yeni sensor əvvəlki yoxlamalar üçün istifadə olunan kimyəvi üsullardan üstündür.

 Belə ki, artıq vaxta qənaət etmək mümkündür. Həmçinin yoxlama üçün məhsulun üyüdülməsinə və digər zəruri proseslərə ehtiyac qalmır.

Leyla