Bir stəkan şərab insanı rahatlaşdırır: gözlər parlayır, stress səviyyəsi azalır, hərəkətlər daha sərbəst olur. Bəs spirt həqiqətən sizi daha cəlbedici edir, yoxsa sadəcə bütün bunlar süni təəssüratlardır? Foodinfo.az xəbər verir ki, həkimlər və qidalanma mütəxəssisləri alkoqolun dərinin dostu olmadığını düşünür. Alkoqoldan sui-istifadə etdikdə dəri quruyur və vaxtından əvvəl qırışlar meydana gəlir. Göz ətrafında qara halqalar yaranır, üzün əzələ kütləsi isə yavaş-yavaş itir. Bununla birlikdə şərab və kokteyl təklif edilən ziyafətlər ictimai həyatımızın vacib bir hissəsidir və onlardan uzun müddətlik imtina edə bilməzsiniz. Bəs nə etmək lazımdır?
Təbii şərab
Alkoqola bəzən şəkər də əlavə olunur. Şəkər və digər kimyəvi maddələr təbii, biodinamik şərablara əlavə edilmir, buna görə də daha etibarlı sayıla bilər.
Möcüzəvi köpüklər
Köpüklü şərablar daha az kalorilidir. Ancaq sürətli təsir edir.
Pivə və ya şərab?
Məşhur rəvayətə riayət edin: "Üzümdən hazırlanan içkilərlə taxıldan hazırlananları qarışdırmayın" - əks halda ciddi baş ağrısı riskiniz var. Qlutenə qarşı dözümsüzlüyünüz varsa, pivə, araq və ya viski kimi dənli bitkilərdən hazırlanan içkilərdən çəkinin.
Pivə şərabdan daha az güclüdür, amma həddi aşmayın, pivədə şəkər yüksəkdir. Odur ki, bir neçə qədəh bədənin balansına təsir göstərməyə qadirdir. Bu, xüsusilə sərt pivəyə aiddir. Onun bir qədəhi donuz ətinə bərabərdir. 220 kilokaloridə faydalı maddələr demək olar ki, yoxdur.
Sərt içkilər
Buzlu, limonlu tekila və ya araq sizə sonsuz ləzzət vəd etmir, ancaq şərabdan daha az şəkər ehtiva edir. Onlara tonik, şərbət və başqa bir şey əlavə etsəniz, avtomatik olaraq kalori dozasını artıracaqsınız. Kəskin içki maddələr mübadiləsini stimullaşdırsa da, unutmayın ki, hələ də spirtdir.
Bir qədəh
Bir və ya iki qədəhlə kifayətlənin. Nə qədər gülməli görünsə də, bir şüşə şərabı tək bitirmək düşündüyünüzdən daha asandır.
Qeyd: Həftənin ən az üç gününü alkoqolsuz keçirməyə çalışın. Bu, bədəni gücləndirir, dəri və gözlərin vəziyyəti dərhal yaxşılaşır. Təklif olunan şərabdan imtina etmək çətindir? Onda unutmayın ki, alınan kaloriləri emal etmək üçün idman zalında 20 dəqiqə ağır məşq tələb olunur! (publika.az)