Türkiyəli həkim Burak Civelek xərçəng riskini azaldan amilləri açıqlayıb.

Foodinfo.az xəbər verir ki, bu barədə "HaberTürk" məqalə hazırlayıb. 

Həkimin sözlərinə görə, ilk növbədə siqaretdən uzaq durmaq xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı xərçəndən uzaq olmaq üçün mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır. Daha bir amil isə qidalanma ilə bağlıdır. Orqanizmin ehtiyacı olan elementlərin hər birini ehtiva edən qida rasyonuna sahib olmaq, yemək vaxtlarını tənzimləmək, nizama salmaq tövsiyə olunur.


Mütəxəssizin sözlərinə görə, diqqət edilməli dördüncü məqam zərərli günəş şüalarından qorunmaqdır.

Nurlan