Marketlərdə metodiki göstərişlərə əməl etməklə bağlımarifləndirici posterlər vurulsa da , bu istiqamətdə tədbirlər görülsə dəhələ də qaydaları pozanlar var. Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyireydlər zamanı qaydaları pozan bəzi sahibkarlıq subyektləri cərimə olunub, bəzilərinin isə fəaliyyəti dayandırılıb. Bu kimi halların qarşısını almaq üçünartıq adları çəkilən yerlərdə könüllülər də işə cəlb edilib.
Son bir ay ərzində keçirilən reydlər və aparılan yoxlamalar zamanı metodiki göstərişdə əks olunan qaydaları pozan 300-ə yaxın sahibkarlıq subyekti inzibati qaydada cərimə olunub.
Qida Təhlükəsizliyi Agentliyinin Qida Zəncirinə Nəzarət və Regional Bölmələrlə İş Şöbəsinin müdiri Əkbər Əliyevin sözlərinə görə, son bir ay ərzində 8 minə yaxın həm ərzaq satışı məntəqələrində, həm də ictimai iaşə müəssisələrində reydlər keçirib. Bu zamanı sanitar rejim qaydalarını pozan ərzaq satışı məntəqələri və ictimai iaşə müəssisələri barəsində tədbirlər görülüb.
Əkbər Əliyev bildirdi ki, bu kimi halların qarşısını almaq üçün Agentlik tərəfindən sahibkarların və istehlakçıların maarifləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin "Könüllü Qida Nəzarətçisi" proqramının könüllüləri də cəlb edilib. Onlar ərzaq mağazaları və ictima iaşə müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, onun törədə biləcəyi fəsadlar haqqında maarifləndirici söhbətlər aparıblar.
Bununla yanaşı, onlar ərzaq məhsulları və meyvə-tərəvəz alarkən diqqət ediləcək məqamlar, ərzaq və ictimai iaşə müəssisələrində kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılmasının virusun yayılmasının qarşısını almaqda əhəmiyyəti, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar.
Qeyd edək ki, agentlik tərəfindən əhalinin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların, istehlakçı və sahibkarların maarifləndirilməsi tədbirləri bundan sonra da davam etdiriləcək.